Komandanı qurun
Eyni və ya müxtəlif məktəblərdən üç finalçı birləşir və kapitan seçir. Komanda yoldaşı axtarırsınızsa, dəvət bildirişindəki kanalla katibliyə yazın.

Azərbaycan Məktəblilərarası Fizika Kubokunda seçilən 5 şagird Oklenddə keçiriləcək Beynəlxalq Gənc Fiziklər Turnirində ölkəmizi təmsil etmək üçün bir milli komanda yaradacaq.
14 fevral milli finalında həlledici görüşə çıxan üç komandanın 9 üzvü fərdi nəticələrinə görə qiymətləndiriləcək. Onların arasından seçilən 5 şagird Oklend Universitetinin şəhər kampusunda keçiriləcək 40-cı IYPT üçün Azərbaycan yığmasını formalaşdıracaq. Beynəlxalq iştirak qeydiyyat təsdiqləndikdən sonra rəsmiləşir.
Ev sahibinin final elanıBeynəlxalq Gənc Fiziklər Turnirində məktəblilər açıq tədqiqat sualını seçir, təcrübə qurur və topladıqları ölçmələri fiziki modellə müqayisə edirlər. Sonra başqa komandaların qarşısında nəticələrini müdafiə edirlər.
Bir görüş ərzində şagird həm öz tədqiqatını təqdim edir, həm rəqibin nəticələrini sorğulayır, həm də elmi müzakirəyə rəy verir. AzMFK-nın milli finalı bu bacarıqları Azərbaycan komandasında sınaqdan keçirmək imkanı yaradır.
IYPT-nin rəsmi saytıAsqının quruluşunu dəyişdikdə rəqqasın çəkdiyi trayektoriya necə dəyişir? Rəsmi siyahının 5-ci mövzusunda Lissaju əyrilərini təcrübə ilə araşdırırsınız.
8–11-ci sinif şagirdləri üçün iştirak ödənişsizdir. Bütün siniflər eyni sualları cavablandırır və vahid kateqoriyada yarışırlar.
Əyani iştirak üçün qeydiyyatda imtahan vermək istədiyiniz şəhəri və ya rayonu göstərin. Mərkəzlər müraciətlərin bölgüsünə uyğun seçiləcək. Dəqiq ünvanlar 2 yanvar 2027-ci ildə aypt.az saytında elan ediləcək.
İmtahan əyani və ya onlayn keçirilir. Azərbaycan və ingilis dillərindən birini seçə bilərsiniz. Sillabus yaxın günlərdə, nümunə suallar 2027-ci ildə paylaşılacaq.
20 testin hər düzgün cavabı 2 bal, 5 açıq sualın hər biri maksimum 12 bal verir. Səhv cavaba görə bal çıxılmır. Açıq suallarda həll addımları da qiymətləndirilir. İmtahan fərdidir, köçürmək və cavab paylaşmaq qadağandır.
Final yerləri faktiki iştirakçıların 10 faizi əsasında hesablanır və say üçə bölünən növbəti tam ədədə çatdırılır. Məsələn, 110 iştirakçı olduqda ilk 12 şagird dəvət alır. Son yerdə bərabərlikdə əvvəl açıq sualların cəmi, sonra əlavə açıq tapşırıq əsas götürülür.
Dəvətinizi təsdiqləyin, komandanızı qurun və tədqiqata başlayın. Məkan, saat və görüş cədvəli ayrıca elan ediləcək.
Eyni və ya müxtəlif məktəblərdən üç finalçı birləşir və kapitan seçir. Komanda yoldaşı axtarırsınızsa, dəvət bildirişindəki kanalla katibliyə yazın.
17 rəsmi mövzudan hər üzv fərqli birini araşdırır. Təcrübə qurun, ölçmələrinizi toplayın və nəticəni fiziki modellə müqayisə edin.
IYPT 2027 mövzularını açMəruzəçiyə təqdimat üçün 12 dəqiqə verilir. Opponent nəticələri suallarla yoxlayır, rəyçi isə tərəflərin dəlillərini qiymətləndirir.
Məruzəçi, opponent və rəyçi üzrə orta qiymətlər müvafiq olaraq 3, 2 və 1 əmsalına vurulur. Bir görüşdə maksimum 60 bal toplamaq mümkündür. İlkin görüşlərdə ən yüksək bal cəmini toplayan üç komanda həlledici görüşdə Kubok uğrunda yarışır.
Həlledici görüşə çıxan 9 şagird arasından fərdi nəticəyə görə 5 nəfər seçilir. Tədqiqat və təcrübə 30, fiziki əsaslandırma 25, təqdimat və müdafiə 25, elmi müzakirə 20 balla qiymətləndirilir. 40-cı IYPT 5–12 iyul 2027-ci ildə Yeni Zelandiyanın Oklend şəhərində keçiriləcək.
IYPT-nin Azərbaycan üzrə rəsmi nümayəndəsidir. AzMFK seçim turunu və milli finalı təşkil edir.
Oklenddə 2027-ci il beynəlxalq turnirinin yerli təşkilatçısıdır. Ev sahibi turnir üçün könüllülər, ekspertlər və maliyyə dəstəyi cəlb edir.
Oklend 2027Trust öz proqramlarının dəstəkçiləri sırasında New Zealand Institute of Physics, Yeni Zelandiyanın Təhsil Nazirliyi, Jane Street, Auckland Grammar və Warp Speed Computers-i göstərir.
Trust-un dəstəkçilər siyahısı